İQTİSADİYYAT


Taleb Rifai: Bakıda Şopinq Festival keçirildiyinə görə həyat yoldaşımı da özümlə gətirdim

Bakı, 6 may, AZƏRTAC

Bakı Şopinq Festivalı cəlbedici brendə çevrilə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri IV Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Şopinq Festivalının saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, turizm və şoping bir-biri ilə sıx əlaqəli sahələr olduğundan festival turistlərin də diqqətini cəlb edir.

T.Rifai bildirib ki, foruma gəlməzdən əvvəl Bakıda Şopinq Festivalın keçirilməsi barədə eşitdiyi üçün həyat yoldaşını da özü ilə gətirib. O deyib: “Mən işlə məşğul oluram, həyat yoldaşım isə şopinqlə. Fürsət tapan kimi özüm də Bakını gəzməyə, festivalın güzəştli təkliflərindən də istifadə etməyə çalışacağam”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.