İQTİSADİYYAT
Taleh Ziyadov: TBNM Beynəlxalq Assosiasiyaya üzv ölkələr artıq razılaşdırılmış vahid tariflə işləyir
Astana, 14 iyun, АZƏRTAC
Astanada keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) koordinasiya şurasının növbəti iclasında iştirak edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov bildirib ki, bugünkü iclasın əsas məqsədi vahid tariflərin razılaşdırılması, yeni üzvlərin qəbul edilməsi və növbəti iclaslara hazırlıqlar görməkdir.
TBNM Beynəlxalq Assosiasiyaya üzv ölkələrin artıq razılaşdırılmış vahid tariflə işlədiyini bildirən Taleh Ziyadov, bu iclasda da vahid tariflərin yenidən təsdiq edilməsi və uzadılmasının müzakirə olunduğunu və razılıqla nəticələndiyini, vahid tarifin təsdiq edilməsinə dair protokolun imzalandığını qeyd edib.
T.Ziyadov vurğulayıb ki, üzv ölkələr bu dəhlizdə işləməkdə maraqlıdırlar, buna görə də istər nəqliyyat, istər prosessual sahələrdə bütün problemlər öz həllini tapacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana