DÜNYA


“Taliban” Əfqanıstanın şimal-şərqindəki daha bir rayonu ələ keçirib

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də “Taliban” Əfqanıstanın şimal-şərqində yerləşən Qunduz əyalətinin Xanabad rayonunu ələ keçirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hökumət nümayəndəsi Məhəmmədullah Bahecin sözlərinə görə, “Taliban” hərəkatının döyüşçüləri rayon administrasiyasına bir neçə istiqamətdən hücum ediblər.“Taliban” hərəkatının nümayəndəsi isə öz növbəsində rayona nəzarəti tamamilə ələ aldıqlarını və əməliyyat nəticəsində çox sayda silah-sursat və hərbi texnikanın qənimət götürüldüyünü bildirib.

Xatırladaq ki, son zamanlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Bəzi kənd rayonlarında geniş əraziləri ələ keçirən “Taliban” böyük şəhərlər istiqamətində hücumlarını genişləndirir. Ölkənin şimalındakı Qunduz şəhərində nəzarətə yiyələnən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administrativ mərkəzi uğrunda döyüşlər aparır.

Əfqanıstanın hökumət qüvvələri ölkənin 34 əyalətindən 15-də “Taliban” hərəkatına qarşı döyüşməyə məcbur olub. Son zamanlar regionda İŞİD qruplaşmasının da nüfuzu artmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.