DÜNYA


“Taliban” qruplaşması Qunduz şəhərinə nəzarəti ələ keçirib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Əfqanıstanın şimalinda yerləşən Qunduz şəhəri, demək olar bütünlüklə “Taliban” hərəkatının nəzarətindədir. Bu barədə çərşənbə günü Tolo telekanalı məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, telekanalın Twitterdə dərc olunmuş xəbərində qubernatorluq, milli təhlükəsizlik direktorluğu və bir neçə digər dövlət obyekti istisna olmaqla, şəhərə “Taliban”nın nəzarət etdiyi bildirilir.

Digər məlumatlara görə, hazırda hökumət qoşunları ilə “Taliban” döyüşçüləri arasında toqquşmalar davam edir. Qruplaşmanın Qunduz şəhərinə hücumu oktyabrın 3-nə keçən gecə başlayıb.

2015-ci ildə “Taliban” Qunduzu ələ keçirməyə müvəffəq olsa da, iki gündən sonra şəhəri tərk etməyə məcbur olmuşdu. BMT-nin məlumatına əsasən, o vaxt şəhər uğrunda döyüşlərdə təxminən 300 nəfər həyatını itirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.