DÜNYA
“Taliban” yaraqlıları əfqan kəndinin 70 sakinini oğurlayıblar, 7 nəfər öldürülüb
Bakı, 22 iyul, AZƏRTAC
“Taliban” hərəkatının yaraqlıları Əfqanıstanının cənubundakı kəndlərin birində azı 70 sakini oğurlayıblar, onların 7-si öldürülüb.
AZƏRTAC xəbər verir ki, France Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, 30 nəfərədək sakin azad olunub. Kandahar vilayəti polis idarəsinin başçısı oğurlanan sakinlərin azad olunması istiqamətində əməliyyatların davam etdiyini bildirib.
Əfqanıstanda insan hüquqları üzrə müstəqil komitə şənbə günü Kandaharı Tarinkot şəhəri (Uruzqan vilayəti) ilə birləşdirən yol rayonunda 70-dən çox insanın silahlı dəstə tərəfindən oğurlandığına dair məlumat dərc edib. Təşkilatın bildirdiyinə görə, 40-dan çox sakin hələ də əsirlikdədir.
Son vaxtlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Vaxtilə kənd rayonlarında geniş ərazilər ələ keçirən “Taliban” hərəkatının yaraqlıları hazırda böyük şəhərlərə hücuma başlayıb. Ölkə ərazisində İŞİD terror qruplaşmasının təsiri də güclənməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:39]
Pentaqon: ABŞ Ukraynanın Rusiya ilə müharibədə uduzmasına imkan verməyəcək
- 19.03.2024 [17:30]
Ukrayna hərbi yardımlarla bağlı prioritetləri açıqlayıb
- 19.03.2024 [15:18]
Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib
- 19.03.2024 [14:27]
Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub
- 19.03.2024 [14:24]
Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır
- 19.03.2024 [14:22]