DÜNYA


Talibançılar Əfqanıstanda qəza enişi edən helikopterin heyəti barədə məlumat yayıblar

A+ A

Bakı, 6 avqust, AZƏRTAC 

“Taliban” qruplaşmasının nümayəndəsi Kari Sayfulla Mexsud bildirib ki, Əfqanıstanda qəza enişi edən Pakistan helikopterinin heyəti Loqar vilayətindəki Əzra gölü yaxınlığında girov saxlanılır.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, talibançı yaralanan pilotdan başqa qalan heyət üzvlərinin heç bir xəsarət almadığını deyib. O, yaxın vaxtlarda girovlarla bağlı video yayılacağını da qeyd edib. Bildirib ki, hadisə baş verən ərazi bütünlükdə onların nəzarətindədir.

Kari Sayfulla Mexsud dövlət tərəfindən xilasedici əməliyyat aparılacağı təqdirdə üzərlərində partlayıcı qurğular yerləşdirilmiş girovların öldürüləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.