DÜNYA


“Taliban”ın hərbi bazaya hücumu nəticəsində azı 40 hərbçi öldürülüb

Bakı, 26 iyul, AZƏRTAC

Əfqanıstanın Qəndəhar əyalətində “Taliban” hərəkatı yaraqlılarının hərbi bazaya hücumu nəticəsində azı 40 hərbçi həlak olub, çox sayda əsgər yaralanıb.

AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının yaydığı məlumata görə, insident dünən axşam saatlarında Hakrez bələdiyyəsində baş verib. Döyüş təxminən 5 saata yaxın davam edib.

Telekanalın məlumatına əsasən, hökumət hadisəni hələ ki, şərh etməyib.

2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirirlər. Həmçinin regionda İŞİD qruplaşması da fəallığı artırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.