DÜNYA
Tallin küçələrində həyatını itirən piyadaların silueti olan lövhələr qoyulacaq
Bakı, 27 oktyabr, AZƏRTAC
Estoniyanın paytaxtı Tallin şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə həyatını itirənlərin sayını əks etdirən insan siluetləri həkk olunmuş qara lövhələr qoyulacaq.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ilk belə lövhələr Tammsaare küçəsində Sıyakool (hərbi məktəb) dayanacağı yaxınlığında quraşdırılacaq. Tallin Nəqliyyat Departamentinin hərəkətin təşkili bölməsinin rəhbəri Talvo Ruutelmaanın sözlərinə görə, burada piyadalar üçün yeraltı keçid olsa da, çoxları həyatını riskə ataraq küçənin digər tərəfinə 7 cərgəli intensiv avtomobil yolunun hərəkət hissəsi ilə keçir. Həyatını itirən piyadaların siluetləri isə tuneldən keçməyə tənbəllik edənlərə bunun nəyin bahasına başa gəldiyini xatırladır.
Analoji xəbərdarlıq Fransada da tətbiq olunur və artıq öz effektini verib.