DÜNYA


Tallinndə sürücüsüz avtobuslar fəaliyyət göstərəcək

Bakı, 17 iyul, AZƏRTAC

Tallinndə "Easymile" sürücüsüz avtobuslar fəaliyyət göstərəcək. Şəhər sakinləri və qonaqlar nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

AZƏRTAC "psm7.com"a istinadla xəbər verir ki, əvvəlcə test rejimində işləyəcək avtobuslar nəzarət prosedurunu keçməli və Şose Yolları Departamentinin icazəsini almalıdır. Bir avtobusda 8 sərnişin yerləşə bilər. Hər avtobusda sərnişinlərə yolboyu yeni texnologiyalar haqqında məlumat verəcək bələdçi işləyəcək.

Ekspert qrupunun rəhbəri Konsa Pirkonun sözlərinə görə, bu texnologiyanın ciddi üstünlükləri var: onu əhalinin az sıx yaşayan rayonlarında uğurla istifadə etmək olar. Həmçinin sürücüsüz nəqliyyat daha təhlükəsizdir, belə ki, yollarda qəzaların 90 faizi insanların diqqətsizliyi səbəbindən baş verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.