MƏDƏNİYYƏT


Tamaşaçılar ən çox dram, musiqili-komediya və musiqili dram teatrlarına üstünlük veriblər

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC 

Hazırda ölkədə 28 peşəkar teatr fəaliyyət göstərir. Bunlardan biri opera və balet, 19-u dram, musiqili-komediya və musiqili dram, 8-i isə uşaq və gənc tamaşaçılar teatrlarıdır. Ümumilikdə bu teatrların tamaşaçı tutumu 7918 nəfərdir.

AZƏRTAC xəbər verir ki, 2015-ci ilin yekunlarına görə il ərzində bu teatrlarda 5244 tamaşa nümayiş edilib. Bunların da 67-si yeni quruluşda, 6-sı ilə əsaslı bərpa olunmuş tamaşalardır. İl ərzində teatrlara 752 min tamaşaçı gəlib ki, bunların da ən çoxu dram, musiqili-komediya və musiqili dram teatrlarının tamaşalarına üstünlük veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.