MƏDƏNİYYƏT
Tamaşaçılar eşqə yolçuluq edəcək
Bakı, 19 may, Zərəngiz Mansurova, AZƏRTAC
Yunus Əmrə, 700 il əvvəldən günümüzə qədər uzanan bir dil körpüsü, insandan insana uzadılmış sevgi, qardaşlıq və dözümlülük əlidir. Aradan keçən bu qədər zamana baxmayaraq, bu gün də bəşəriyyətə söyləyəcək sözü olan bir dil və könül ustasıdır. Bu səbəbdən onun həyatı, şəxsiyyəti, düşüncələri, sufiliyə gətirdiyi dərinlik və dünyəvi insan sevgisinin doğru bir şəkildə bilinməsi son dərəcə əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, mayın 25-də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında “Aşka Yolculuk” adlı səhnə əsəri nümayiş olunacaq. Tamaşada Türkiyənin dövlət qurumları təmsilçiləri, deputatlar, aktyorlar, alimlər və bir çox sənətseverlər iştirak edəcək.
Səhnə tərtibatı Novruz Novruzluya məxsus tamaşada rolları Rövşən Ağayev, Yaqut Paşazadə, Hikmət Rəhimov, Şamil İbrahimov, Esmiralda Abdullayeva və Pərviz Məmmədrzayev canlandıracaqlar.