İDMAN


Tamblinqçilərimiz açıq Rusiya turnirində uğurla çıxış ediblər

Bakı, 12 iyul, AZƏRTAC 

Tamblinq üzrə Azərbaycan yığma komandasının üzvləri Krasnodar və Stavropolda keçirilmiş açıq Rusiya turnirində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, yarışlardan əvvəl Stavropolda təlim-məşq toplanışı keçən gimnastlarımız əldə etdikləri yeni təcrübədən də bəhrələnərək, qatıldıqları turnirdə uğur qazanmağa müvəffəq olublar. Belə ki, böyüklər arasında yarışan gimnastlarımızdan Mixail Malkin bütün rəqiblərini üstələyərək qızıl medala sahiblənib. Fərid Mustafayev isə bürünc medal əldə edib. Digər tamblinqçimiz Tofiq Əliyev isə öz yaş qrupunda (2003-2004-cü il) fərqlənərək, 1 qızıl və 1 gümüş medal qazanıb. 2005-2006-cı il təvəllüdlü gimnastlar arasında mübarizə aparan təmsilçimiz Adil Hacızadə də yarışları 1 qızıl və 1gümüş medalla bitirib.

Turnirdə çıxış edən gimnastlarımız arasında yeganə xanım təmsilçimiz Zeynəb Qasımlı da öz komanda yoldaşlarından geri qalmayıb. O, 11-12 yaş qrupunda yer almış gimnastlarla mübarizə aparaq turnirin gümüş medalına sahiblənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.