CƏMİYYƏT


Tanınan diplomlarla bağlı yeni məlumat bazası

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib. Məlumat bazasına Təhsil Nazirliyinin saytındakı “Nostrifikasiya” bölməsinin “Tanınan diplomların sahibləri barədə məlumat bazası” (http://edu.gov.az/az/nostrification/search) keçidindən daxil olmaq olar.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bazanın yaradılması Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.

Məlumat bazasında ilkin olaraq 2013-cü il mayın 13-dən bu günədək ekvivalentliyi müəyyənləşmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumatlar yerləşdirilib. Axtarış panelində diplomu təsdiqlənmiş şəxsin soyadı, adı və atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür. Məlumat bazası mütəmadi yenilənəcəkdir.

Bazadakı məlumatlardan həm nostrifikasiya olunmuş diplomların sahibləri, həm də onları işəgötürənlər faydalana bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.