MƏDƏNİYYƏT


Tanınmış alimlərin iştirakı ilə regional təlimlərə start verilib

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı və Milli Azərbaycan Tarix Muzeyinin alim heyətinin iştirakı ilə, iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən bölgələr üzrə keçiriləcək ilk təlimlər başlanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Tərtər rayonunun Heydər Əliyev Mərkəzində 12 rayonu təmsil edən Tarix və Tarix–Diyarşünaslıq Muzeyləri işçilərinə “Tarix və Tarix Diyarşünaslıq Muzeylərində fond və ekspozisiya işinin təşkili” adlı təlim keçirilib.

Tədbirin əsas hədəfi fond və ekspozisiya işinin səmərəli və müasir tələblərə uyğun təşkilidir. Təlimçilər tərəfindən beynəlxalq təcrübə habelə mövcud qanunvericilik haqqında geniş məruzələr dinlənilib.

Təlimin sonunda muzeylərdə müşayiət olunan problemlər haqqında iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb.

Sonda muzey işçiləri xüsusi sertifikatlarla təltif olunub.

Yerlərdə təlimlərin təşkili ilə yanaşı, muzey işinə həsr olunmuş birgə metodiki vəsaitlərin hazırlanması da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.