ELM VƏ TƏHSİL
Tanınmış azərbaycanlı alim Kanadanın universitetlərində mühazirə oxuyacaq
Bakı, 12 aprel, AZƏRTAC
Tanınmış azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Yaponiya, Avropa, Kanada və ABŞ-ın bir sıra universitetlərində məruzələr edib.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı alim Kanadanın Toronto Universitetində və Fields Universitetində riyazi biologiya üzrə mühazirələr oxumaq üçün dəvət olunub.
Məsud Əfəndiyev hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır. Alim on aparıcı beynəlxalq jurnalın redaksiya şuralarının üzvü olmaqla bərabər, “International Journal of Biomathematics and Biostatistics” jurnalının baş redaktoru, Yaponiya, Almaniya, ABŞ və İsveçrədə edilən beş monoqrafiyanın müəllifidir.