MƏDƏNİYYƏT


Tanınmış bəstəkar Nazim Əliverdibəyova həsr olunan xatirə gecəsi keçiriləcək

A+ A

Bakı, 3 yanvar, AZƏRTAC

Yanvarın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə unudulmaz sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

Xatirə gecəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası konsert proqramı ilə çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.