MƏDƏNİYYƏT


Tanınmış bəstəkarın kamera musiqisi səsləndirilib

Bakı, 3 iyun, Aynur İsmayılova, AZƏRTAC

İyunun 3-də Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyi çərçivəsində bəstəkarın əsərlərindən ibarət kamera konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsertdə əvvəlcə bəstəkarın məşhur violonçel ifaçısı İvan Monigettinin 50 illik yubileyinə həsr etdiyi “Aşk havası” əsəri, tələbəlik illərində yazdığı “Piano üçün sonata” və yubilyarın 2014-cü ildə məşhur amerikalı meqastar, skripkaçı Hillari Hanın sifarişi ilə bəstələdiyi “İmpuls” əsəri səsləndirilib.

Konsertin ikinci hissəsində dünya şöhrətli bəstəkarın 1991-ci ildə məşhur İsveçrə klarnet ifaçısı Fransiska Hirtzekinin sifarişi ilə klarnet, klavesin və vibrafon üçün yazdığı “Crossing-I” (Çarpazlaşma-I) əsəri, habelə 1990-cı ildə soprano, fleyta, fortepiano, çelesta və vibrafon üçün bəstələdiyi “From Yapanes Poetrie” (Yapon poeziyasından), 2005-ci ildə Amsterdamda ifa edilmiş “İn search of..” (Axtarışda) əsəri və ilk dəfə Amerikada “Icebreak-III” festivalında ifa edilmiş “Atəş” əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.