ELM VƏ TEXNOLOGİYA


Tanınmış dilçi alim haqqında yeni kitab

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Ana Hümmətlinin “Gözəlliyin tərcümanı, yaxud “Xoşbəxt o kəsdir ki...” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ədəbiyyatşünas alimin “Bilənlərə salam olsun!” silsiləsindən qələmə aldığı bu elmi-publisistik kitab görkəmli mətnşünas, dilçi alim, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunub.

Kitab M.Nağısoylunun zəngin elmi-ədəbi yaradıcılığı və müəllifin bu dəyərli alimlə apardığı müsahibələri, mətbuat səhifələrində onun haqqında dərc edilmiş portret yazıları əsasında tərtib edilib.

Nəşrə alimin ömür yolunu əks etdirən fotoalbom da əlavə olunub.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru Mayıl Əsgərovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.