MƏDƏNİYYƏT


Tanınmış dirijor Nəriman Əzimovun xatirəsi anılıb

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, tanınmış dirijor Nəriman Əzimovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “Mədəniyyət” kanalı və filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Gecədə çıxış edən “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov dirijorun həyat və fəaliyyətindən danışıb.

Bildirilib ki, yüzlərlə mahnı və musiqi əsərlərinin müəllifi olan sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında və dünyada tanıdılmasında əvəzsiz xidmətləri var.

Qeyd edilib ki, görkəmli sənətkar Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olmaqla yanaşı, tar və xalq çalğı alətləri orkestri üçün musiqilərin, eləcə də "Xatirə", "Qaynana əməliyyatı", "Özəlim – gözəlim" əsərlərinin müəllifidir.

Tədbir sənətkarın xatirəsinə həsr edilmiş konsert proqramı ilə davam edib.

Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşayiəti ilə konsertdə görkəmli bəstəkarlarımızın əsərləri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru, Əməkdar Artist Faiq Sadıqovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.