MƏDƏNİYYƏT


Tanınmış fırça ustasının sərgisi açılacaq

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Nağıllardan süzülən rənglər” adlı sərgi keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, budəfəki sərgi Əməkdar Mədəniyyət İşçisi, uzun illər Azərbaycan Dövlət Kukla Teatrında rəssam kimi çalışmış, Lətifə Quluzadənin yaradıcılığına həsr ediləcək.

Bildirilib ki, tükənməz enerjiyə və maraqlı düşüncəyə malik L.Quluzadənin eskizləri, bir-birindən rəngarəng dekorasiyaları, yüksək sənətkarlığı ilə seçilən geyimləri uzun illər balaca tamaşaçıların zövqünü oxşayıb.

Tədbirdə teatr və incəsənət ustaları, tanınmış rəssamlar balaca teatrsevərlərin dünyasına, təxəyyülünə bir sehr qatan, onların zövqünün formalaşmasında əhəmiyyətli rolu olan rəssamın yaradıcılığından danışacaqlar. Həmçinin L.Ouluzadənin həyatının müxtəlif anlarını əks etdirən video-çarx nümayiş olunacaq, rəssamı olduğu tamaşalardan parçalar göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.