MƏDƏNİYYƏT


Tanınmış kino rəssamı Cəbrayıl Əzimovun xatirəsi yad olunacaq

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Dövlət Film Fondunda tanınmış kino rəssamı, Əməkdar Rəssam Cəbrayıl Əzimovun anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə baş tutacaq gecədə sənətkarın kino rəssamlığının formalaşmasındakı xidmətlərindən, sənət fəaliyyətindən danışılacaq.

Qeyd edək ki, 1926-cı il mayın 7-də Bakıda dünyaya gələn C.Əzimov ondan artıq bədii filmin quruluşçu rəssamı olub.

Onun kinostudiyada ilk yaradıcılıq işi “Doğma xalqımıza” bədii-sənədli filmidir. O, bu filmdə Elbəy Rzaquliyevlə birgə çalışıb. Sonralar sənətkar “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Uzaq sahillərdə”, “Qəribə əhvalat”, “Leyli və Məcnun”, “Şahsənəm və Qərib”, “Sehrli xalat”, “Zəncirlənmiş adam”, “İnsan məskən salır”, “Qanun naminə” və başqa filmlərə bədii tərtibat verib. C. Əzimov eyni zamanda, respublika, ümumittifaq və beynəlxalq sərgilərin də iştirakçısı olub.

Əməkdar Rəssam Cəbrayıl Əzimov 1969-cu il iyulun 10-da vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.