DÜNYA


Tanınmış qırğız rejissoru Bolot Şamşiyev TÜRKSOY-un qızıl medalına layiq görülüb

A+ A

Bişkek, 17 noyabr, AZƏRTAC

Tanınmış qırğız rejissoru, SSRİ Xalq Artisti Bolot Şamşiyev ümumtürk dünyasının kino yaradıcılığı sahəsindəki xidmətləri və 75 illik yubileyi münasibətilə TÜRKSOY-un qızıl medalına layiq görülüb.

Bu haqda Qırğızıstanın TÜRKSOY-dakı nümayəndəsi Kojokeldi Kuluev məlumat verib.

Medalı Bolot Şamşiyevə TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdim edəcək.

Xatırladırıq ki, B.Şamşiyev əsasən böyük qırğız yazıçısı Çingiz Aytmatovun əsərləri əsasında çəkdiyi bədii filmlərlə məşhurlaşıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.