MƏDƏNİYYƏT


Tanınmış rəssam Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi açılıb

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Bakıda tanınmış rəssam və rejissor Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, “Port Baku Mall”da açılan sərgidə rəssamın bir- birindən maraqlı əl işləri nümayiş olunub. Sentyabrın 12-dək davam edəcək sərgidə unudulmaz sənət adamının 50-dən çox əsəri təqdim edilib.

Qeyd edilib ki, ilk cizgi fılmlərinin müəllifi olan sənətkar Azərbaycanda animasiya janrının inkişafına əvəzsiz töhfələr verib. Onun adı ən sevımlı cizgi fılmləri ilə bağlıdır. O, rəsm, uşaq kitab illüstrasiyası ilə yanaşı, həm də rəngkarlıq, qrafika janrı ilə də məşğul olub. Rəssamın əsərləri ölkəmizlə yanaşı, xaricdə də tanınır.

Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.