MƏDƏNİYYƏT


Tanınmış rəssam Rəfail Əlizadənin rəsm əsərlərindən ibarət sərgi açılacaq

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış rəssam Rəfail Əlizadənin sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq sərgidə nümayiş olunacaq sənət əsərləri qrafika, rəngkarlıq və dekorativ sənət üslubundadır.

Bu barədə AZƏRTAC-a R. Əlizadə məlumat verib. Fırça ustası qeyd edib ki, sərgiyə təqdim ediləcək 70-dək sənət əsərində təbiət mənzərələri, vətənpərvərlik, humanizm və xeyirxahlıq kimi mövzular əks olunacaq.

Uzun illərin zəhmətinin məhsulu olan sənət əsərlərindən ibarət sərgi rəssamın 70 illik yubileyi çərçivəsində gerçəkləşəcək.

Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.