MƏDƏNİYYƏT


Tanınmış rəssamın fərdi sərgisi açılacaq

A+ A

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 10-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış rəssam Nağdəli Xəlilovun sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi təşkil olunacaq.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərgidə fırça ustasının müxtəlif mövzulu 70-dək sənət əsəri nümayiş olunacaq. Rəssamın 70 illik yubileyi çərçivəsində açılacaq sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.