MƏDƏNİYYƏT
Tanınmış rəssamın fərdi sərgisi açılacaq
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində tanınmış rəssam Zaur Tağıyevin “Narıncı” adlı fərdi sərgisi açılacaq.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, rəssamın müxtəlif janrlarda işlədiyi rəngkarlıq əsərləri orijinallığı və göz oxşayan koloritinə görə fərqlənir. Zaur Tağıyev realizm, surrealizm və son dövrlərdə isə mücərrəd üslublarda işləyir. Onun əsərləri dünyanın bir sıra ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.
Dekabrın 10-dək davam edəcək sərgidə rəssamın 100-dən artıq əl işi mümayış olunacaq. Həmçinin bu işlərin simvolik qiymətə satışı da nəzərdə tutulub.
Bu sərgi rəssamın sayca üçüncü fərdi sərgisidir. Zaur Tağıyevin ilk fərdi sərgisi 2010-cu ildə keçirilib. 2013-cü ildə isə onun ADRA-da “Ümid” adlı rəsm sərgisi təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]