İDMAN


Tanınmış rusiyalı telejurnalist “Bakı-2017”nin karate yarışlarına həsr olunmuş reportaj hazırlayıb VİDEO

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun dəvəti ilə Bakıya gələrək ölkədə karatenin inkişafı və “Baku Open” beynəlxalq turnirindən xüsusi verilişlər hazırlayan Nikolay Korovin bu dəfə də baxımlı televiziya proqramı təqdim edib.

AZƏRTAC AMKF-ya istinadla xəbər verir ki, tanınmış rusiyalı telejurnalist IV İslam Həmrəyliyi Oyunlarında özəl reportajla böyük bir auditoriyanın diqqətini paytaxtımıza və Bakıda təşkil edilən mötəbər yarışa yönəldib.

IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərindən görüntülərin də yer aldığı reportajda, həmçinin “Bakı-2017”nin karate yarışlarında idmançılarımızın, o cümlədən dəfələrlə dünya və Avropa çempionu Rəfael Ağayevin döyüşlərindən və parlaq qələbələrindən ətraflı bəhs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.