MƏDƏNİYYƏT


Tanınmış şair Ağa Laçınlının “Seçilmiş əsərləri” təqdim olunacaqdır

Bakı, 12 may (AzərTAc). Mayın 16-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair Ağa Laçınlının “Seçilmiş əsərləri”nin təqdimatı keçiriləcəkdir.
AYB-dən AzərTAc-a bildirmişlər ki, ədəbi ictimaiyyətin və poeziya həvəskarlarının iştirakı ilə təşkil olunan tədbirdə mərhum şairin seçilmiş şeirlərinin yer aldığı kitabdan, orada verilmiş poeziya nümunələrinin özünəməxsus üslub və xüsusiyyətlərindən ətraflı söz açılacaqdır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır