MƏDƏNİYYƏT


Tanınmış şairin “Seçilmiş əsərləri”nin 8 cildi işıq üzü görüb

Bakı, 2 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

“Nurlan” nəşriyyatında tanınmış şairin, “Qızıl Kəlmə” mükafatı laureatı Firuzə Məmmədlinin “Seçilmiş əsərləri”nin 8 cildi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabda şairin son dövrlərdə yazdığı lirik, epik, fəlsəfi səpkidə şeirləri işıq üzü görüb.

Firuzə Məmmədli özünəməxsus yaradıcılığa malik təkrarsız poeziyası, lirik məni olan şair kimi daim oxucuların diqqətini cəlb edir. Şeirlərindəki Vətən sevgisi, halallığa, düzlüyə çağırış hər zaman yazdıqlarını oxunaqlı edib. Xalq Yazıçısı Anar onun yaradıcılığını yüksək qiymətləndirərək, onu Azərbaycan poeziyasının zəngin ədəbi ənənələrini davam və inkişaf etdirən söz adamlarından biri kimi dəyərləndirib.

Kitaba yazıçı-publisistlər Təyyar Salamoğlu və Balayar Sadiq “Son söz” yazıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.