MƏDƏNİYYƏT


Tanınmış skripkaçı Nəzrin Rəşidova Amerşam Musiqi Festivalında çıxış edəcək

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Tanınmış skripkaçı Nəzrin Rəşidova noyabrın 11-də İngiltərədə Amerşam Musiqi Festivalında çıxış edəcək.

AZƏRTAC ifaçının saytına istinadla xəbər verir ki, festival Amerşamın “St Mary's Parish” kilsəsində keçiriləcək. N.Rəşidova Yan Ledinqhamın dirijorluq edəcəyi Amerşam festival orkestri ilə çıxış edəcək. Konsertin proqramına V.Motsartın əsərləri daxildir.

Qeyd edək ki, həmvətənimizin çıxış edəcəyi barədə məlumat Amerşam Musiqi Festivalının saytında da yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.