CƏMİYYƏT


Tanınmış startapçı təcrübəsini UNEC-in tələbələri ilə bölüşüb

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Startaplar üzrə tanınmış ekspert, TEDx spikeri, investor Tal Katran Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir “SABAH” qruplarında təhsil alan tələbələrin tədrisdənkənar inkişafına şərait yaratmaq məqsədilə keçirilib.

Görüşdə startapların yaradılması və fəaliyyəti barədə müzakirə aparılıb.

İsraildə biznes katalizatorlarının təsisçisi olan T.Katran informasiya texnologiyaları sahəsində bu ölkədə yaradılan və inkişaf etdirilən startaplar haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.