ELM VƏ TƏHSİL


Tanınmış tarixçi Firuz Kazımzadə vəfat edib

Vaşinqton, 18 may, AZƏRTAC

Tanınmış amerikalı tarixçi, Azərbaycan və Cənubi Qafqaz tarixi sahəsində ekspert, Yel Universitetinin tarix üzrə professoru Firuz Kazımzadə mayın 17-də ABŞ-da vəfat edib.

Milliyyətcə azərbaycanlı olan F.Kazımzadə 1924-cü il oktyabrın 27-də Moskvada anadan olub. Atası İran səfirliyində işləyib. İbtidai təhsilini Moskvada alıb. Sonra ABŞ-a köçüb və 1944-cü ildə Stenford Universitetinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə ilə bitirib. Bir il sonra elə həmin universitetdə magistraturanı bitirib. 1950-ci ildə Harvard Universitetində Rusiya tarixinə dair doktorluq dissertasiyası müdafiə edib. F.Kazımzadə 1954-1956-cı illərdə Harvard Universitetində dərs deyib, sonra Yel Universitetində işləməyə başlayıb.

Professor Kazımzadə Rusiya və İran tarixinə dair bir sıra kitabların, habelə nüfuzlu elmi jurnallar üçün çoxsaylı məqalə və rəylərin müəllifidir. Azərbaycanda daha çox “Rusiya Azərbaycanı uğrunda mübarizə: 1918-1920” (Stenford Universiteti, 1947) və “Cənubi Qafqaz uğrunda mübarizə: 1917-1921” (1981) kitabları ilə tanınır. F.Kazımzadə 1998-2003-cü illərdə ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvü olub.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşiqnton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.