İDMAN


Tanınmış türkiyəli futbolçu karyerasını başa vurub

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC 

Türkiyəli tanınmış futbolçu Necati Ateş karyerasını başa vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə futbolçunun özü yerli mətbuata açıqlamasında deyib.

Bundan sonra məşqçilik fəaliyyəti ilə məşğul olmaq istədiyini deyən 36 yaşlı N.Ateş bununla bağlı kurslara yazılacağını bildirib.

N.Ateş “Adanaspor”, “Qalatasaray”, “Ankaraspor”, “İstanbul Böyükşəhər Bələdiyyəsi”, “Real Sosiedad” (İspaniya), “Əskişəhərspor”, “Kayseri” və “Karşıyaka” klublarında forma geyib. 2003-2006-cı illərdə isə Türkiyə millisinin üzvü olub. N.Ateş Türkiyənin ən məhsuldar doqquz futbolçusundan biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.