MƏDƏNİYYƏT


Tanınmış xanəndə Bülbülcanın anadan olmasının 175 illiyi qeyd olunacaq

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində xanəndə Bülbülcanın (Əbdülbağı Əli oğlu Zülalov) anadan olmasının 175 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə sənətkarın həyat yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq, tanınmış və gənc xanəndələrin ifasında muğamlar səsləndiriləcək.

Qeyd edək ki, Bülbülcan ilk musiqi təhsilini Qafqazın konservatoriyası adlandırılan Şuşada xarrat Qulunun məktəbində alıb. Geniş repertuara malik Bülbülcan 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış edib, muğamsevərlər arasında məşhurluq qazanıb. Cabbar Qaryağdı oğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişdirilməsində xanəndənin zəhməti əvəzsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.