MƏDƏNİYYƏT


Tanınmış yazıçı ilə görüş

A+ A

Bakı, 7 oktyabr, Z.Mansurova, AZƏRTAC

Oktyabrın 13-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında görüş və “İmza günü” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, görüşdə AYB-nin yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhminin yaradıcılığından söhbət açılacaq. Elm, mədəniyyət, incəsənət xadimləri ədibin yaradıcılığı haqqında danşacaqlar.

İ.Fəhmi “Dəfnə ağacı”, “Çaqqal nəfəsi”, “Axırıncı Qatar”, “Ölüm növbəsi”, “Aktrisa”, “Dərvişin qeydləri”, “Axırıncı dayanacaq” və başqa ekran əsərlərinin və “Bakı tarixindən kollaj”, “Evtanaziya”, “Müsibəti-Fəxrəddin”, “Son reportaj”, “Nostalji”, “Sən kimsən Səfəvi?”, “Bu gündən dünənə”, “Akvarium” və s. kitabların müəllifidir. Cari ildə İlqar Fəhminin əsərlərinin 12 cildliyi nəşr olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.