MƏDƏNİYYƏT


Tanınmış yazıçı-publisistin 60 illik yubileyi qeyd ediləcək

A+ A

Bakı, 8 oktyabr, Z.Mansurova, AZƏRTAC

Oktyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin 60 illik yubileyi qeyd ediləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri yazıçı-publisistin yaradıcılığından söhbət açacaqlar.

Yazıçı-publisistin “Xalq Şairi Nəriman Həsənzadəyə Poylu beşiyimdən məktub”, “Ömrünü Qazaxda yaşayan şair”, “Həcc ziyarəti”, “Hüseyn Cavidin ev muzeyi”, “Sənsiz”, “Azərbaycan poeziya çələngi” (tərtibçilərindən biri), “Heydər Əliyevin dil siyasəti” və “Heydər Əliyev və ədəbi-tarixi proses” monoqrafiyaları və digər elmi-publisistik əsərləri ilə birgə “Analar köç edəndə”, “Yol gedir Naxçıvana”, “Bir elatın dastanı”, “Kişilik səngəri” və “Uçurulmuş sədlər”, “Baş daşı əhvalatı” kitabları, oxucuların ixtiyarına verilən onlarca bədii-publisistik, elmi-monoqrafik (tədqiqat, poeziya, nəsr, dilçiliklə bağlı) kitabları müəllifin yaradıcı təxəyyülünün məhsuludur.

Onun Qarabağ müharibəsi və Xocalı soyqırımına həsr etdiyi əsərləri bir çox dillərə tərcümə edilib. Təkcə “Baş daşı əhvalatı” kitabı rus, ingilis dillərinə tərcümə edilərək 55 ölkədə yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.