MƏDƏNİYYƏT


Tanpınara həsr olunan növbəti simpozium

Bakı, 19 may, Zərəngiz Mansurova, AZƏRTAC

Bursa Osmanqazi Bələdiyyəsi tərəfindən məşhur türk yazıçısı Əhməd Hamdi Tanpınara həsr olunan növbəti simpozium həyata keçirilib, şeir yarışması qalibləri mükafatlandırılıb.

Simpoziumda, həmçinin Türkiyənin tanınmış şairi Orhan Okayın xatirəsi də yad olunub.

Yarışmanın Azərbaycandakı moderatoru Şəhla Aslan AZƏRTAC-a bildirib ki, ölkəmizdən də 18 şairin qatıldığı, ümumilikdə 700-dən artıq əsərin yarışdığı Tanpınara həsr olunmuş şeir yarışmasının qalibləri məlum olub.

Çıxışlarda Azərbaycanda həyata keçirilən “Tanpınarı kəşf edirəm” adlı müsabiqədən danışılıb, ədəbiyyat yarışmasında qalib gəlmiş 5 yazarın esselərinin çap olunduğu “Əhməd Hamdi Tanpınar məmləkətdən dünyaya” adlı kitab tədbir iştirakçılarına təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.