DÜNYA


Tanzaniyada iki avtobusun toqquşması nəticəsində azı 30 nəfər ölüb

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Tanzaniyanın mərkəzində yerləşən Singida bölgəsində iki avtobusun toqquşması nəticəsində azı 30 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, yerli polis nümayəndəsi yol nəqliyyat hadisəsinin Şinyanga-Darrüssəlam yolunda baş verdiyini deyib. Onun sözlərinə görə, toqquşan avtobuslar eyni firmaya məxsus olub.

Qeyd edək ki, Tanzaniyanın şimal-qərbindəki Morogoro bölgəsində dünən baş verən qəza nəticəsində də 12 nəfər həlak olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.