DÜNYA


“Tap Strap” istənilən səthi klaviaturaya çevirəcək

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Kompyuterlərin ölçülərinin kiçildilməsi klaviaturanın dəyişilməsini zəruri edir, çünki ənənəvi dizayn artıq kompyuterlərə uyğun gəlmir. Gələcəyin daxiletmə qurğuları üzrə innovativ variantlardan biri “Tap Strap” adlı barmaqlara keçirilən slotlara malik plastik kəmərdir.

AZƏRTAC “techcult.ru” saytına istinadən xəbər verir ki, belə klaviaturadan istifadə etmək çox asandır. Belə ki, cihazın işləməsi üçün istənilən səthin üzərinə baş barmaqla toxunmaq kifayətdir. Bundan sonra barmaqların köməyi ilə istənilən səth üzərində mətnin çapına başlamaq olar. Mikrokontrollerdən ibarət blok daxil edilmiş məlumatları “Bluetooth” vasitəsilə smartfon, planşet və ya kompyuterə ötürəcək.

Əlbəttə ki, yeni klaviatura ilə işləmək üçün müəyyən vaxt lazım olacaq. Bunun üçün “Top Genius” adlı xüsusi öyrədici proqram da hazırlanıb.

“Tap Strap” qurğusu virtual reallıq sistemlərində qarşılıqlı əlaqə variantı kimi istifadə edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.