ELM VƏ TƏHSİL
Tarix İnstitutu əməkdaşlarının Beynəlxalq simpoziumda məruzələri maraqla qarşılanıb
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, simpoziumda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Yaqub Mahmudov və bir qrup əməkdaşı iştirak edib.
Simpoziumun fəxri heyətinə seçilən Y.Mahmudov çıxış edərək Birinci Dünya müharibəsi ilə bağlı beynəlxalq tədbirin Şərqi Anadoluda – Ərzurumda keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
Alim Birinci Dünya müharibəsinin ən acı zərbəsinin məhz Azərbaycan və Şərqi Anadoluya vurulduğunu, ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinin məhz Azərbaycanda cərəyan etdiyini xüsusi vurğulayaraq İrəvanın güzəştə gedilməsi ilə torpaqlarımızda Ermənistana dövlət yaradıldığını bildirib.
Y.Mahmudov həmin dövrün tarixinin birgə araşdırılmasının vacibliyini də diqqətə çatdırıb.
Tarix İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Birinci Dünya müharibəsində Böyük Güc dövlətlərinin hərbi və siyasi planlarında neftin rolu”, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli “Erməni dövləti qurmaq siyasətinin acı nəticələri: Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgələrində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımları” mövzularında məruzələr ediblər.
Simpoziumda institutun digər alimlərinin də məruzələri dinlənilib.
Sentyabrın 29-da AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda keçirilən Elmi Şuranın iclasında Y.Mahmudov Beynəlxalq simpoziumda uğurlu çıxışlarına görə əməkdaşlara təşəkkürünü bildirib.