ELM VƏ TƏHSİL


Tarix İnstitutunda “Zamanın sorağında” kitabının təqdimatı keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr edilən “Zamanın sorağında” kitabının təqdimat mərasimi olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, rus dilində çapdan çıxmış kitabın müəllifi Ağa Musa Nağıyevin nəvəsi və tədqiqatçı Dilarə Ağamusa Nağıyevadır. Nəşrin elmi redaktoru isə akademik Arif Həşimovdur.

Tədbirdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov vurğulayıb ki, Ağa Musa Nağıyev kapitalını ancaq bina tikintisinə deyil, həm də o dövrdə cəhalət girdabında boğulan xalqın maariflənməsinə, onun dünyagörüşünün və ümumi mədəni səviyyəsinin yüksəldilməsinə sərf edib.

Akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, Dilarə Cəbrayılova və başqaları Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, hazırda AMEA-nın Rəyasət Heyəti Ağa Musa Nağıyevin tikdirdiyi “İsmailiyyə” binasında yerləşir.

Sonra Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənovun “Ağa Musa Nağıyev: Azərbaycanın böyük sənayeçisi”, institutun aparıcı elmi işçisi Sevinc Mustafayevanın “Məşhur xeyriyyəçi Ağa Musa Nağıyev” mövzularında məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.