ELM VƏ TEXNOLOGİYA


Tarix İnstitutunun nəşrləri avropalı alimlərin böyük marağına səbəb olub

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırılan “Belçika, Almaniya və Lüksemburqda Azərbaycanın multikultural dəyərlərinin təbliği və ermənilər tərəfindən dağıdılmış Qarabağ abidələri barədə Avropa gənc alimlər təşkilatları arasında təbliğat işinin təşkili” layihəsi çərçivəsində Brüssel, Düsseldorf, Berlin və Lüksemburq şəhərlərində gənc alimlər, tədqiqatçılar arasında maarifləndirmə işlərini həyata keçirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, ölkəmizin tolerantlıq və multikulturalizm modeli olması, ermənilər tərəfindən işğal edilən ərazilərimizdə dağıdılmış və saxtalaşdırılmış arxeoloji abidələr, toponimlər ilə bağlı tarixi həqiqətlər avropalı gənc alimlərin diqqətinə çatdırılıb.

Layihə çərçivəsində Lüksemburq Universitetində və ticarət palatasının binasında sərgi təşkil olunub. Avropanın 35 ölkəsindən gənc alimlərin iştirak etdiyi sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizə qarşı törədilmiş soyqırımları barədə məlumatların yer aldığı, Tarix İnstitutunda nəşr edilən kitablar paylanılıb. “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, “Azərbaycanlılar: etnik-siyasi tarixə ümumi baxış” və digər kitablar avropalı gənc alimlərin böyük marağına səbəb olub.

Həmçinin Brüsseldə və Berlində təşkil olunan sərgilərdə avropalı gənc alimlər Azərbaycan həqiqətləri barədə məlumatlandırılıbar.

Layihə çərçivəsində növbəti təqdimatın və kitab sərgisinin gələn il Norveçin paytaxtı Oslo şəhərində keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.