ELM VƏ TƏHSİL


Tarixi-intellektual müsabiqənin qalibləri mükafatlandırılıblar

Bakı, 24 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin tarix fakültəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi “Tarixi biliklər” mövzusunda tarixi-intellektual müsabiqə keçiriblər.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə bu ali məktəbin tələbələri ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələri (18 komanda) iştirak ediblər.

Finalda üç komanda - tarix fakültəsinin tələbələrindən ibarət “İntibah” və “Everest”, hüquq fakültəsinin tələbələrindən ibarət “Barbarossa” komandaları yarışıblar.

Müsabiqənin qalibi olan “İntibah” komandasının üzvləri diplomlarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.