Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Tarixi simasını qoruyub saxlayan Gəncə müasir şəhərə çevrilib

Gəncədə tarixə həssas münasibət, maddi-mənəvi irsin qorunması və bərpası, həyata keçirilən önəmli sosial layihələr, genişmiqyaslı quruculuq işləri dövlət müstəqilliyinin yaratdığı imkanlardan qaynaqlanır

Gəncə, 2 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsindən ötən 25 il Gəncə şəhərinin tarixinə sürətli sosial-iqtisadi inkişaf, genişmiqyaslı abadlıq-quruculuq dövrü kimi daxil olub.

Azərbaycanın bu qədim şəhəri haqqında qeydlərə mühüm tarixi faktla başlamaq istərdik. Gəncə 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olub. Dövlət maraqlarının və onun təməl prinsiplərinin qorunması, milli dövlət ideologiyası, vahid milli məfkurə kimi dəyərlər tarix boyu bu şəhərin simasını formalaşdıran əsas amillərdir. Ümummilli lider Heydər Əliyev Gəncə haqqında danışarkən belə deyib: “Gəncə daim gözəl şəhər olub, onu daha da gözəlləşdirmək lazımdır. Çünki bu şəhərin əsası gözəldir”.

Təsadüfi deyil ki, zəngin tarixi keçmişi olan Gəncə şəhərinə istər ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, istərsə də Prezident İlham Əliyev tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilib.

Dövlətimizin başçısı Gəncənin bu gününü belə xarakterizə edib: “Gəncə gözəlləşir, abadlaşır. İndi binalar qədimliyini saxlamaqla milli memarlıq üslubunda təmir edilir, küçələr genişlənir, gözəl bərpa işləri aparılır. Bu, çox önəmlidir”.

Mübaliğəsiz demək olar ki, Nizami Gəncəvi məqbərəsi Gəncənin vizit kartıdır. XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair-filosof Nizami Gəncəvinin türbə kompleksi 2012-ci ildə yenidən qurulub, burada əsaslı təmir-bərpa işləri aparılıb. Məqbərənin qarşısından keçən yolun hər iki tərəfindəki istinad divarları milli ornamentlərlə bəzədilib. Kompleksin ətrafında 11 hektar ərazidə yaşıllıq salınıb.

Gəncə öz park və bağları ilə məşhurdur. Bu istirahət məkanları müstəqillik illərində öz simasını tamamilə dəyişib. Məsələn, ümumi sahəsi 4 min 823 kvadratmetr olan Nəriman Nərimanov adına park yenidən qurulub, burada görkəmli dövlət xadimi və mütəfəkkirin büstü qoyulub.

Gəncəçay sahilində yenidən qurulan “Xəmsə” memarlıq kompleksində bu gün Nizami Gəncəvinin heykəli ucalır. Təqdirəlayiqdir ki, kompleksin inşasında ənənəvi Azərbaycan memarlığına istinad olunub və beləliklə, Nizami Gəncəvi yaradıcılığını əks etdirən son dərəcə nadir sənət abidəsi ərsəyə gəlib.

Son dövrdə şəhərdə həyata keçirilən mühüm layihələrdən biri də Gəncə çayının sağ sahilində inşa olunan Bayraq meydanıdır. Burada 110 metr hündürlükdə Azərbaycanın dövlət bayrağı dalğalanır. Bayraq meydanının ətrafında milli dövlətçilik tariximizi və dövlət rəmzlərini əks etdirən guşələr yaradılıb.

Gəncənin tarixi məkanlarından hesab olunan Cavad xan küçəsi də yenidən qurulub. Küçədə yerləşən binaların və digər tikililərin fasadları tarixi və müasir memarlıq elementləri ilə işlənib. Bərpa edilən binaların əksəriyyəti XIX əsrin ikinci yarısında tikilən yerli və ölkə əhəmiyyətli tarixi abidə sayılır. Məşhur Zinger qardaşlarının, Gəncə mülkədarlarının imarətləri, iş adamlarının mülkləri, eləcə də “Azərbaycan” qəzetinin ilk dəfə nəşr edildiyi mətbəə binası bu küçədə yerləşir. Abadlıq-quruculuq işlərindən sonra sanki açıq səma altında muzeyə çevrilən Cavad xan küçəsində fəvvarələr, həmçinin müasirliyi və milli adət-ənənələri əks etdirən kompozisiyalar quraşdırılıb.

XVII əsrin yadigarları olan Cümə məscidi və “Çökək hamam” tarix-memarlıq abidələri əsaslı təmir-bərpa olunub, Cavad xan Qacarın məzarı üzərində inşa edilən türbənin ətrafı abadlaşdırılıb. Eyni zamanda, Azərbaycan xalqının minilliklərdən gələn milli adət-ənənələrinin ən gözəl nümunələrini özündə yaşadan “Novruz” meydanı böyük zövqlə yenidən qurulub.

Öz simasını dəyişən məkanlar sırasında Şəhidlər xiyabanı, Fikrət Əmirovun adını daşıyan park, Nizami poeziya teatrının fəaliyyət göstərdiyi Zərrabi və Şərəfxanlı tarix-memarlıq abidələri də var.

Vaxtilə şəhərin mərkəzində qəzalı binada fəaliyyət göstərən Uşaq Yaradıcılıq Mərkəzi üçün Gəncəçay bulvarının sahilində müasir və yaraşıqlı bina tikilərək istifadəyə verilib. Burada 840-dan çox şagirdin incəsənətin sirlərini öyrənməsi üçün hər cür şərait yaradılıb.

İki il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Nizami Gəncəvi Muzeyi fəaliyyətə başlayıb. Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında yerləşməsi buraya gələnlərin həm məqbərəni ziyarət etməsinə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat almasına imkan yaradır. Muzeydə şairin həyat və yaradıcılığına aid çoxsaylı eksponatlar toplanıb.

Şəhərdəki diqqəti cəlb edən yeni tikililərdən biri də Məhsəti Gəncəvi Mərkəzidir. Gəncə çayının sol sahilində yerləşən Mərkəzin binası klassik memarlıq üslubu ilə diqqəti cəlb edir. Binanın qarşısındakı bağ və Məhsəti Gəncəvinin möhtəşəm heykəli ümumi ansamblı tamamlayır. Burada şairənin həyat və yaradıcılığına həsr olunan rəsm qalereyası fəaliyyət göstərir, çoxsaylı eksponatlar nümayiş etdirilir.

2014-cü ildə şəhərdə Heydər Əliyev Mərkəzinin və onun ətrafındakı park kompleksinin açılışı olub. Sahəsi 450 hektar olan bu park kompleksi dünyanın beş ən böyük parkından biri hesab olunur. Burada Heydər Əliyev Mərkəzi ilə yanaşı, Azərbaycanın Milli Qurtuluş Gününün rəmzi olan Zəfər tağı, Müasir İncəsənət Muzeyi, 3500 nəfərlik amfiteatr, Gəncə gölü və şəlalə kompleksi, fontanlar, Xan çinarlar alleyası, habelə 7 hektar ərazidə “GəncLand” müasir əyləncə kompleksi yaradılıb.

Gəncənin müasir tikililərindən olan Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzey Abidə-Kompleksi tarixi ənənələrə uyğun inşa edilib. Burada Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən zəngin muzey fəaliyyət göstərir.

Orijinal quruluşa malik “Xəmsə” Daş Kitabələr Kompleksi şəhərə qədəm qoyan hər kəsin diqqətini cəlb edir. Kompleksdə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan 5 möhtəşəm kitab-abidə yaradılıb. Hündürlüyü 25 metr, eni isə 12 metr olan bu kitabələr qonaqları Nizami Gəncəvinin məqbərəsinə istiqamətləndirir.

Gəncə Azərbaycanın istiqlaliyyət tarixinin izlərini qoruyub saxlayan şəhərdir. Milli dövlətçiliyimizin əsası məhz bu şəhərdə qoyulub. Tarixi keçmişimizə hörmət əlaməti olaraq “İstiqlal” parkı və memorial abidəsi yenidən qurulub. Vaxtilə diqqətdən kənarda qalan Hüseyniyyə tarix-memarlıq abidəsi də əsaslı təmir-bərpa olunub, “Nizami-Puşkin” kitabxanası adı ilə yenidən fəaliyyət göstərməyə başlayıb.

Ölkəmizdə dini–tarixi abidələrə göstərilən diqqət və qayğı, həssas münasibət Gəncədə də ilk baxışda nəzərə çarpır. Prezident İlham Əliyevin sərəncamları ilə “İmamzadə” dini kompleksində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, müvafiq infrastruktur yaradılıb. Hazırda bu kompleks nəinki Azərbaycanın, eləcə də bütün İslam dünyasının ən möhtəşəm və əzəmətli dini mərkəzlərindən birinə çevrilib.

Dövlət müstəqilliyimizin bərpasının 25 illik yubileyi ərəfəsində Gəncədə daha bir möhtəşəm sosial layihə reallaşdırılıb. Uzunluğu 1,2 kilometr olan “Gəncəçay” park-bulvar kompleksi yaradılıb. İstirahət üçün hər cür şəraitə malik kompleksdə 15 fəvvarə, müxtəlif kompozisiyalı 10 heykəl, habelə “Əli və Nino” abidəsi quraşdırılıb. Burada kinoteatr, kitab evi, restoran və kafelər, uşaqlar üçün əyləncə mərkəzi və digər istirahət məkanları fəaliyyət göstərir.

Son vaxtlar Gəncənin mədəni həyatında baş verən ən mühüm hadisələrdən biri bu qədim şəhərin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı tituluna layiq görülməsidir. Bu münasibətlə şəhərin mərkəzində “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” parkı salınıb. Ümumi sahəsi 1,8 hektar olan parkın mərkəzində “Gəncliyin qanadları” abidəsi ucalır.

Gəncədə tarixə həssas münasibət, maddi-mənəvi irsin qorunması və bərpası, habelə həyata keçirilən önəmli sosial layihələr, genişmiqyaslı quruculuq işləri dövlət müstəqilliyinin yaratdığı imkanlardan qaynaqlanır. Şəhər son 25 ildə böyük inkişaf yolu keçib. Bu yol davam edir və gələcək uğurlardan soraq verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib