ELM VƏ TƏHSİL


Tariximizin unudulmaz səhifəsi

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyətindən danışıb. Bildirilib ki, 1918-ci ildə yaradılan AXC cəmi 23 ay yaşasa da onun tarixi əhəmiyyəti çox böyükdür.

Q.Məmmədov cümhuriyyət dövründə təhsilə xüsusi önəm verildiyini, ibtidai və orta məktəblərin, Azərbaycanda ilk ali məktəb olan Bakı Dövlət Universitetinin yaradıldığını xatırladıb.

Universitetin professoru Camal Mustafayev Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamının əhəmiyyətini qeyd edib.

Alim AXC-nin tariximizdəki mühüm rolundan danışıb.

Azərbaycan dili kafedrasının müdiri, dosent Ədalət Abbasov cümhuriyyət dövründə Azərbaycanda həyata keçirilən dil islahatlarından söz açıb. O, 1918-ci ildə parlamentdə dil məsələləri ilə bağlı bir sıra qərarların qəbul edildiyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.