ELM VƏ TƏHSİL


Tariximizin unudulmaz səhifəsi: 15 iyun - Milli Qurtuluş Günü

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin bu ali məktəbdəki büstü önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla anıblar.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb.

Rektor 1988-1992-ci illərdə ölkəmizin parçalanmaq və məhv olmaq təhlükəsi ilə üzləşdiyini xatırladıb. Bildirilib ki, 1993-cü ilin iyununda xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamız parçalanmaq təhlükəsindən xilas olub.

Ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunda dahi rəhbər Heydər Əliyevin müstəsna rolunu vurğulayan akademik A.Məhərrəmov Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, dövlətimizin başçısının apardığı siyasət nəticəsində bu gün Azərbaycan çox sürətlə inkişaf edir.

Akademik A.Məhərrəmov 15 iyun - Milli Qurtuluş Gününün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edən sənədli film göstərilib.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin böyük xilaskarlıq rolunu diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən E.İbrahimov müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanınmasında Ümummilli Liderin müstəsna xidmətlərini vurğulayıb. Bildirilib ki, Heydər Əliyev ideyaları Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir, respublikamızda böyük nailiyyətlər qazanılır.

Milli Məclisin deputatı Fəttah Heydərov ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, siyasi irsinin, azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışıb, Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.