Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Tarixinin qızıl dövrünü yaşayan Naxçıvan Muxtar Respublikası regional cazibə mərkəzinə çevrilib

Naxçıvan, 27 sentyabr (AZƏRTAC, Rauf Əliyev). Son illər nahaq yerə Naxçıvan Muxtar Respublikasını Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırmırlar. Çünki Azərbaycanın bu qədim diyarı sözün əsl mənasında özünün yüksəliş, inkişaf, intibah, qısa ifadə etməli olsaq, tarixinin qızıl dövrünü yaşayır.

Bir sıra beynəlxalq ekspertlər Naxçıvanı həm də regional cazibə mərkəzi adlandırırlar. Səbəb isə çox sadədir: inkişaf yolu ilə irəliləyən məkanlarda əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, elmə, təhsilə, mədəniyyətin inkişafına göstərilən xüsusi diqqət və qayğı, aparılan genişmiqyaslı islahatlar, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər istər ayrı-ayrı fərdlərin, istərsə də xalqların diqqətini cəlb edir, böyük əks-səda yaradır. Hər kəsi təəccübləndirən digər bir mühüm amil isə bütün bu nailiyyətlərin 23 ildir, davam edən blokada şəraitində əldə edilməsidir.

Naxçıvan Muxtar Respublikasının ağır blokada şəraitində sosial-iqtisadi yüksəlişə nail olmasını izah etməyə çalışanlar, əsasən, dörd məsələ ətrafında eyni mövqedən çıxış edirlər. Bunlardan birincisi, muxtar respublikada ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarının dərhal, təxirə salınmadan yerinə yetirilməsi, ikincisi, qədim diyarın muxtariyyətidir. Sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının dəqiqliklə icrası, islahatların günün tələbləri səviyyəsində aparılması da mühüm amil kimi diqqəti cəlb edir. Təbii ki, bütün bunları böyük şövqlə həyata keçirmək üçün gərək insanlarda yüksək vətənpərvərlik ruhu, Vətən sevgisi, yurda, xalqa məhəbbət, dövlətə, dövlətçiliyə sədaqət hissləri olsun. Əminliklə demək olar ki, Naxçıvanda bütün işlər Vətənə, xalqa, dövlətə, dövlətçiliyə xidmət meyarları çərçivəsində görülür.

Naxçıvan Muxtar Respublikasının inkişafı ulu

öndər Heydər Əliyevin adı ilə bağlıdır

Bəli, Naxçıvan Muxtar Respublikasının bugünkü inkişaf səviyyəsinə çatmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olması inkaredilməz faktdır. Məsələyə daha geniş prizmadan nəzər yetirsək, görərik ki, yuxarıda qeyd etdiyimiz amillər özündə böyük həqiqətləri əks etdirir. Azərbaycan, o cümlədən türk dünyası üçün çox böyük strateji əhəmiyyət kəsb edən Naxçıvan Muxtar Respublikasının yüksəlişi, sosial-iqtisadi baxımdan güclənməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, torpaq bütövlüyünün qorunması və digər mühüm məsələlər dahi rəhbər Heydər Əliyevin siyasi xəttinin əsas tərkib hissələrindən biri idi. Təsadüfi deyildir ki, Ulu Öndərimiz 1969-cu ildə birinci dəfə siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan üçün taleyüklü məsələlərin həllinə diqqət yetirib, Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xüsusi əhəmiyyət verib.

Faktlara nəzər yetirsək, bunu daha aydın görə bilərik. Məsələn, 1965-ci ilə nisbətən 1968-ci ildə qədim diyarda sənaye məhsulu 20 faiz artdığı halda, 1970-ci ildə bu rəqəm 83 faiz olub. 1971-75-ci illərdə xalq təsərrüfatına əsaslı vəsait qoyuluşu 46 il (1925-70-ci illər) ərzində qoyulmuş əsaslı vəsaitdən xeyli çox olub.

Həmin illərdə Araz çayı üzərində iri su anbarı ilə birlikdə su elektrik stansiyası, alt trikotaj məmulatları fabriki, yeni mineral su zavodu, şüşə qablar zavodu, taxıl məhsulları kombinatı, evtikmə kombinatı, dəmir-beton məmulatları zavodu, şərabçılıq müəssisələri, süd zavodu, bütövlükdə, 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Naxçıvan xalça kombinatının, Şərur konserv zavodunun, yeni dəmir-beton məmulatları müəssisələrinin tikintisinin başa çatdırılması, mövcud müəssisələrin, xüsusən Naxçıvan elektrotexnika zavodunun, Ordubad konserv zavodunun və ipək fabrikinin yenidən qurulması sahəsində əsaslı tədbirlər həyata keçirilib.

Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında 1969-cu ildə 1, 1970-1979-cu illərdə 13, 1981-1985-ci illərdə 7 (cəmi 21) sənaye müəssisəsi tikilib, bir neçə sənaye müəssisəsi əsaslı surətdə yenidən qurulub. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb. 1970-ci illərdə muxtar respublikada sənayenin sahə quruluşunda xeyli dəyişikliklər baş verib. Maşınqayırma və metal emalı, tikinti materialları və yeyinti sənayesinin ümumi məhsul istehsalında xüsusi çəkisi artıb.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra da Naxçıvanın sosial-iqtisadi inkişafına xüsusi əhəmiyyət verib, onun yolunu davam etdirən vətənpərvər naxçıvanlılar müəyyənləşdirilmiş hədəflərə doğru inamla irəliləyiblər.

Naxçıvanın inkişafına səbəb olan digər amil: Ulu Öndərin tarixi tövsiyələri və muxtariyyət


Ümummilli liderimiz Heydər Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını daim diqqət mərkəzində saxlayıb. Ulu Öndərimiz Azərbaycan Respublikası Konstitusiya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında respublikamız üçün mühüm əhəmiyyətə malik olan Naxçıvanın muxtariyyəti məsələsinə toxunaraq deyib: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Xalqımızın böyük oğlu Heydər Əliyevin bu sözləri gələcək nəsillərə tarixi vəsiyyətdir, böyük şəxsiyyətin qarşımıza qoyduğu mühüm vəzifədir. Görkəmli dövlət xadimi Heydər Əliyevin bu məsələni xüsusi vurğulaması da səbəbsiz deyil. Çünki tarix də sübut edib ki, Naxçıvanın muxtariyyəti onun mövcudiyyəti ilə həmahənglik təşkil edir.

Qəhrəman, igid naxçıvanlılar qədim diyarın Azərbaycanın tərkibində saxlanılması məqsədilə muxtariyyətə nail olmaq yolunda çox böyük fədakarlıqlara qatlaşıb, çətinliklərə sinə gəriblər və nəhayət, ümummilli məqsədə nail olublar. 1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan MSSR-ə çevrilib.

Sonrakı proseslər göstərdi ki, məkrli düşmən Naxçıvanın muxtariyyətə nail olmaqla Azərbaycanın tərkibində qalması reallığı ilə heç vaxt barışmayıb. Çünki ermənilər hələ sovet dönəmində muxtariyyətin ləğv edilməsi ilə bağlı dəfələrlə mərkəzi hakimiyyət qarşısında məsələ qaldırmağa çalışıblar, ancaq buna nail ola bilməyiblər. Onu da deyək ki, keçmiş İttifaq dövründə Naxçıvanın muxtariyyətinin saxlanılması məsələsində ümummilli lider Heydər Əliyev amili çox mühüm rol oynayıb. Ermənilər Ulu Öndərin Moskvada əsaslı siyasi dairələrdəki nüfuzu qarşısında aciz qalıb, heç bir istəklərini reallaşdıra bilməyiblər.

1980-ci illərin sonlarında Naxçıvan yenə təhlükələrlə üz-üzə qaldı. 90-cı illərin əvvəllərində ermənilərin Naxçıvana basqınları bölgədə çox mürəkkəb və təhlükəli vəziyyət yaratmışdı. Ancaq muxtar respublikanın qarşılaşdığı vəziyyət, üzləşdiyi çətinliklər yenə də bu diyarın qorxmaz və igid övladlarının bacarığı ilə aradan qaldırıldı. Xüsusilə 1990-cı il iyulun 22-də dünya miqyaslı siyasi xadim Heydər Əliyevin Naxçıvana gəlməsi, yerli əhali ilə birlikdə olması bu diyarı gələcək bəlalardan qurtardı, əhalinin inam və mübarizəsinə güc və qüvvət verdi.

Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, yeritdiyi uzaqgörən siyasət bölgəni və əhalini gözlənilən bəlalardan xilas etdi. Xarici təhlükənin aradan qaldırılması, daxili sabitliyin və inkişafın əsası bu illərdə qoyuldu.

Naxçıvanın yüksəliş və intibah dövrünün başlanğıcı


Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra da Naxçıvan Muxtar Respublikasının inkişafını, onun təhlükəsizliyinin təmin edilməsini, mövcud problemlərinin həllini daim diqqət mərkəzində saxlayıb.

Hər birimizə məlumdur ki, 1990-cı ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası ən ağır dövrünü yaşamış, təbii qazdan məhrum olan əhali fasilələrlə verilən elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalmışdı. Bununla birlikdə, blokada şəraitinin yaratdığı çətinliklərin aradan qaldırılması, alternativ yollarla bir sıra problemlərin həll olunması istiqamətində işlər davam etdirilirdi. Təəccüblü burasıdır ki, məhz belə bir şəraitdə də inkişafa, necə deyərlər, yol açılıb.

Son 19 il ərzində həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvanın davamlı sosial-iqtisadi yüksəlişi ictimai həyatdakı nailiyyətlər fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

1996-cı ildən etibarən bir sıra sənaye müəssisələrinin fəaliyyəti bərpa olunub, yeni istehsal sahələri yaradılıb, əvvəllər istehsal edilməyən yeni sənaye məhsullarının istehsalına başlanılıb. Müqayisə üçün deyək ki, 2003-cü ildə muxtar respublikada 17,6 milyon manatlıq sənaye məhsulu istehsal edilibdir ki, bu da 1993-cü ildəkindən 3,4 dəfə çoxdur.

1993-2003-cü illər ərzində muxtar respublikada əsas kapitala 147 milyon 394 min manat həcmində investisiya yönəldilib, həyata keçirilən islahatlar aqrar-sənaye potensialından səmərəli istifadə edilməsi üçün zəmin yaradıb.

Sosial-iqtisadi inkişafın Naxçıvan modeli 2003-2013-cü

illərdə böyük uğurların əsasını qoyub

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən sosial-iqtisadi modelin başlıca istiqaməti iqtisadiyyatın dinamik inkişafına və bu əsasda da sakinlərin rifahının yüksəldilməsinə yönəldilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan bu modelin yeni keyfiyyət mərhələsində müvəffəqiyyətlə icra olunması nəticəsində qədim diyarın əldə etdiyi uğurlar ardıcıl xarakter alıb. Bununla da 2003-2013-cü illərdə ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)” və “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” muxtar respublikada investisiya potensialından tam və kompleks şəkildə istifadə olunmasını, yeni sənaye, kənd təsərrüfatı, xidmət müəssisələrinin yaradılmasını, məşğulluğun səviyyəsinin yüksəldilməsini, əhalinin təhsil, səhiyyə və digər sosial təminatlarının daha da yaxşılaşdırılmasını təmin edib.

İqtisadi inkişafın əsas ölçüsü hesab olunan ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 2013-cü ildə 2 milyard 339 milyon manat olub ki, bu da 2003-cü ildəki müvafiq göstəricini müqayisəli qiymətlərlə 8,4 dəfə üstələmək deməkdir.

2013-cü ildə hər bir nəfərə düşən ÜDM-in həcmi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 6,9 dəfə artaraq 5423 manat səviyyəsində olub.

2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə, əsas kapitala yönəldilən investisiyalar 16,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 2,6 dəfə, informasiya və rabitə xidmətləri 10,3 dəfə, pərakəndə əmtəə dövriyyəsi 11,1 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 12,9 dəfə, ixracın həcmi 96,6 dəfə, icmal büdcənin həcmi 12,7 dəfə, əhalinin gəlirləri 10,2 dəfə, hər bir nəfərə düşən gəlirlər 8,8 dəfə, orta aylıq əməkhaqqı isə 9,8 dəfə artıb.

Muxtar respublika üçün ən önəmli olan məsələlərdən biri də enerji təhlükəsizliyinin təmin edilməsi idi. Sevindirici haldır ki, qeyd etdiyimiz illər ərzində bu məsələ öz həllini tapıb. Əldə edilən ən böyük uğurlardan biri və birincisi də budur. Əgər 2003-cü ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, aparılan məqsədyönlü islahatlar nəticəsində bu müəssisələrin sayı 7-yə çatdırılıb, hazırda Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası davam etdirilməkdədir.

Bu dövr ərzində muxtar respublikada 9 elektrik yarımstansiyası yaradılıb, 4 elektrik yarımstansiyası isə yenidən qurulub. Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 7-də Naxçıvana səfəri zamanı “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimi keçirilib. Bu, Naxçıvanın elektrik enerjisi ilə təmin olunmasında növbəti uğurlu bir hadisə kimi yaddaşlarda qalıb.

On dörd illik fasilədən sonra - 2005-ci il dekabrın 20-də muxtar respublikaya “mavi yanacağ”ın verilməsinin bərpa olunması isə əhalidə çox böyük sevinc hissləri yaratmışdı. İnsanlar, sözün həqiqi mənasında, uzun illərin çətinliklərindən xilas olmuşlar. Təkcə bu fakt əldə edilən uğurların miqyasını əks etdirməyə kifayət edər.

2014-cü ilin ilk 8 ayının nəticələri sosial-iqtisadi

inkişafın növbəti mərhələsi üçün əsasdır

Bu gün Naxçıvanın sosial-iqtisadi inkişafı sürətlə davam edir. 2014-cü ilin 8 ayının nəticələri də belə deməyə əsas verir. Təbii ki, qeyd olunan inkişaf, əsasən, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, gəlirlərinin artmasında özünü göstərir.

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada gəlirlər 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 1 milyard 92 milyon 215 min manatdan çox olub, onun hər bir nəfərə düşən həcmi isə 1,5 faiz yüksələrək 2499,6 manat təşkil edib.

İnfrastrukturun günün tələbləri səviyyəsində qurulması qədim diyarda əsas prioritetlərdən biridir. Fəxrlə deyə bilərik ki, bu və digər məsələdə muxtar respublika bu il də Azərbaycanda liderliyini qoruyub saxlamaqdadır. Ötən 8 ay ərzində infrastruktur quruculuğu çərçivəsində əsas kapitala 620 milyon 18 min manat həcmində investisiya yönəldilib ki, bunun da 540 milyon 482 min manatı və ya 87,2 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Abadlıq-quruculuq işləri bu gün də sürətlə davam etdirilir.

Uğurlara arxalanaq yeni hədəflərə doğru

Naxçıvan Muxtar Respublikasının inkişafını əks etdirən yüzlərlə faktlar var və təbii ki, bütün bunları bir yazıya sığdırmaq mümkün deyil. Bu bir daha göstərir ki, 23 ildir, blokada şəraitində yaşayan qədim diyar bu gün çağdaş intibah dövrünü yaşayır, yüksək sürətlə inkişaf edir.

Prezident İlham Əliyev öz nitqlərində dəfələrlə qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın və ümumilikdə, türk dünyasının mühüm strateji məkanıdır. Qədim yurda göstərilən diqqət və qayğı Azərbaycanın milli maraqlarının tələbidir. Bu mənada 2003-cü ildən indiyədək dövlətimizin başçısının muxtar respublikaya 11 dəfə səfər etməsi, burada aparılan genişmiqyaslı, möhtəşəm abadlıq-quruculuq işləri ilə, dahilər yurdunun təhlükəsizliyinə dair məsələlərlə yerindəcə tanış olması, qarşıda duran vəzifələri müəyyənləşdirməsi, lazımi tapşırıqlarını və tövsiyələrini verməsi təsadüfi deyil. Hər səfərdə isə Naxçıvanda aparılan sosial-iqtisadi və mədəni quruculuq, çoxsaylı yeni iş yerlərinin açılması, əhalinin rifahının yüksəlməsi Prezident İlham Əliyevi razı salıb, məmnun edib.

Azərbaycan Prezidenti bu il aprelin 7-də qədim diyara növbəti səfəri zamanı Naxçıvanda görülmüş işləri yüksək qiymətləndirərək deyib: “Son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı

bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub