İDMAN


Tarkan Formula-1 Azərbaycan Qran-prisi üçün Bakıya gəlir VİDEO

Bakı, 21 aprel, AZƏRTAC

İyunun 23-25-də Bakıda keçiriləcək növbəti Formula-1 yarışının ilk günündə Türkiyənin məşhur müğənnisi Tarkan avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq. Müğənni iyunun 23-də axşam saatlarında Dənizkənarı Milli Park ərazisində yerləşən böyük səhnədə Formula-1 həvəskarları üçün ən məşhur mahnılarını səsləndirəcək.

Tarkanı sevən bütün Formula-1 həvəskarları Azərbaycan Qran-prisinin keçiriləcəyi yarış həftəsonuna onun enerjili və coşqulu ifaları ilə start verəcəklər. Müğənninin ifaları Formula-1 azarkeşlərinə unudulmaz gecə yaşadacaq.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Azərbaycan Qran-prisi ərəfəsində Tarkanın avtoidman azarkeşləri qarşısında səhnəyə çıxmaq üçün Bakıya gəlişinə belə münasibət bildirib: “Pop musiqisi sahəsində çoxlu sayda uğurlu ifaçı var. Lakin onlardan çox azı dilindən, mədəniyyətindən və yaşadığı yerdən asılı olmayaraq bütün insanların qəlbinə toxuna və onların duyğularına təsir edə bilir. Belə xüsusiyyətlərə malik türkiyəli müğənni deyəndə insanın ağlına ilk olaraq məhz dünyaca məşhur ifaçı Tarkan gəlir və biz böyük məmnuniyyətlə onu Formula-1 Azərbaycan Qran-prisinin ilk günündə açıq havada canlı konsert proqramında iştirak etmək üçün Bakıya dəvət etmişik. Gözəl şəhərimizə Formula-1 yarışının ikinci dəfə gəlişini böyük əyləncə və coşğu ilə qeyd etmək üçün səbirsizlənirik və belə möhtəşəm yarış həftəsonunun açılışını Tarkandan başqasının etməsi təsəvvür oluna bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.