DÜNYA


Tatarıstanda baş verən ağır yol qəzasında ölənlərin sayı 13-ə çatıb

Bakı, 2 iyul, AZƏRTAC

Tatarıstanda baş verən ağır yol qəzasında ölənlərin sayı 13-ə çatıb. Xəsarət alan 12 nəfər isə xəstəxanalara yerləşdirilib.

AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Tatarıstanın Səhiyyə Nazirliyinin regional qurumu məlumat yayıb.

Qeyd edək ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Zainsk şəhəri yaxınlığında “KaMAZ”la “Neoplan” markalı sərnişin avtobusu toqquşub. Avtobusun Samara-İjevsk marşrutu ilə hərəkət etdiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.