MƏDƏNİYYƏT
Tatarıstanla Azərbaycan arasında arxiv işinin müxtəlif sahələri müzakirə olunub
Bakı, 6 iyul, AZƏRTAC
Tatarıstanın Arxiv İşi üzrə Dövlət Komitəsinin sədri xanım İrada Ayupova və Tatarıstanın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Alfred Zakirov Milli Arxiv İdarəsində olub.
İdarədən AZƏRTAC-a məlumat verilib ki, görüşdə Milli Arxiv İdarəsinin rəis müavini Əsgər Rəsulov ikitərəfli əlaqələr, arxiv işinin müxtəlif sahələri, xüsusən sənədlərin elektron daşıyıcılara köçürülməsi və arxivlərdə elektron xidmətlər sahəsində görülmüş işlər, habelə əldə edilmiş nailiyyətlərdən danışıb.
İrada Ayupova Tatarıstan və Azərbaycan xalqları arasında tarixi əlaqələri və mövcud dostluq münasibətlərini diqqətə alaraq arxiv işi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə gələcəkdə arxivlərarası əməkdaşlıq haqqında müvafiq sazişin imzalanmasını məqsədəuyğun hesab edib.
Sonra qonaqlar Respublika Dövlət Arxivlərini gəzərək mühafizəxanalarda sənədlərin saxlanma şəraiti ilə tanış olublar.
Görüşün sonunda tərəflər qarşılıqlı olaraq arxiv sənədləri əsasında hazırlanmış kitab və jurnallar hədiyyə edib.